Qafqaz Müsəlmanları İdarəsi 2023-cü il üçün Həcc müqaviləsi imzaladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb
Bu barədə Metbuat.az-a QMİ-dən bildirilib.
Belə ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistan Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.
İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qafqaz #Müsəlmanları #İdarəsi #2023cü #üçün #Həcc #müqaviləsi #imzaladı