fbpx

Hesablama Palatası Ağdamda təlim keçirib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağdam şəhərində Hesablama Palatası tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları üçün təlim keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev çıxış edərək təlimin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, öz tarixi ərazi bütövlüyünü bərpa etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Erməni işğalçılarının 30 ilə yaxın dövr ərzində dağıtdığı şəhər və kəndlərimiz dövlətimiz tərəfindən yenidən qurulur, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bu proses, bilavasitə işğaldan azad edilmiş rayonlarımızın və bütövlükdə ölkənin iqtisadi, sosial qüdrətinin yüksəldilməsinə, eyni zamanda idarəetmənin təkmilləşdirilməsinə istiqamətləndirilib.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə aparılan təmir, tikinti və bərpa prosesləri zamanı dövlət satınalmalarının tam şəffaf və qanunvericiliyə uyğun aparılması, dövlət investisiya proqramlarına ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi də Prezident İlham Əliyevin qarşıya qoyduğu ən vacib tapşırıqlardan biridir. Bugünkü təlimin də əsas məqsədi məhz bu proseslərə nəzarəti və koordinasiyanı, eyni zamanda tikinti işlərini həyata keçirən qurumların əməkdaşlarının bu istiqamətdə daha da maarifləndirilməsidir.

Rüya tabirlerini burdan oku

Hesablama Palatasının auditoru Vüqar İbrahimov çıxışında təmsil etdiyi qurumun işğaldan azad olunmuş ərazilərdə belə tədbir keçirməsindən qürur duyduğunu bildirib, təlim zamanı bəhs ediləcək mövzular haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

Sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi”, “Dövlət investisiya proqramlarının tərtibi, icrası, ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi və nəzarətin həyata keçirilməsi, uçot və hesabatlığın qurulması”, “Dövlət vəsaitləri hesabına obyektlərin tikintisi, qiymətqoyma sistemi, texniki nəzarət və istismara qəbul etmə prosedurları” mövzularında təlimlər keçirilib.

Təlim zamanı iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hesablama #Palatası #Ağdamda #təlim #keçirib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu