Parklarda gecələyən Sona Babayeva: “Ərim aktrisa rəfiqəmlə mənə xəyanət etdi”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Bütün həyatım gözümün önündədir. Atam müharibədə yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə, mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim”.
Metbuat.az xəbər verir ki, bu sözləri “Tərəqqi” medallı aktrisa Sona Babayeva “ATV səhər”ə müsahibəsində deyib.
81 yaşlı sənətkar ağrılı-acılı günlərini belə xatırlayıb: “Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım”.
S. Babayeva həyat yoldaşının ona aktrisa rəfiqəsi ilə xəyanət etdiyini etiraf edib: “Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin o, naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq o, mənə xəyanət etdi. Ondan sonra dedim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Parklarda #gecələyən #Sona #Babayeva #Ərim #aktrisa #rəfiqəmlə #mənə #xəyanət #etdi