Zakir Həsənov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdəki şəraiti təhlil edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə yanvarın 14-də keçirlən xidməti müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədindəki durum da müzakirə edilib.
Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.
Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zakir #Həsənov #Rusiya #sülhməramlı #kontingentinin #yerləşdiyi #ərazilərdəki #şəraiti #təhlil #edib