Xəbərlər

Hacıqabulda keçmiş məhkumun evindən 2 kq heroin götürülüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bey.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb. \

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Saxlanılan şəxs





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hacıqabulda #keçmiş #məhkumun #evindən #heroin #götürülüb

Bir yanıt yazın

Başa dön tuşu