Pirallahıda narkotacirdən 8 kq heroin aşkar edilərək götürülüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacirdən 8 kiloqram heroin, marixuana və 220 ədəd prixotrop tərkibli həb aşkar edilib.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib. Tədbir nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib.
Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd fenozepen və 60 ədəd tramadol həbi aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı xarici ölkə vətəndaşından onlayn yolla Pirallahı rayonu və paytaxtın digər ərazilərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Pirallahı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Salman Usmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Pirallahıda #narkotacirdən #heroin #aşkar #edilərək #götürülüb