“Qarabağ”la oyuna hazırlaşan “Gent”ə üzücü xəbər
BEY.AZ informasiya agentliyi xəbər verir
Belçikanın “Gent” klubunun futbolçusu Vadis Ocica-Ofoe UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.
Metbuat.az xəbər verir ki, buna səbəb 34 yaşlı kapitanın zədələnməsidir.
Ölkə çempionatının XX turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub. Vadisin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun sağalma prosesinin bir neçə ay çəkməsi gözlənilir.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağla #oyuna #hazırlaşan #Gentə #üzücü #xəbər