Azərbaycanda jurnalist barəsində cinayət işi açıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb.
Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Məlumatda o da bildirilib ki, Cəmil Məmmədli saxlanılmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #jurnalist #barəsində #cinayət #işi #açıldı