fbpx

“Foto kiminsə “TikTok”da “jeton” toplamaq niyyəti ilə çəkilib”

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.

Metbuat.az xəbər verir ki, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.

“Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda “jeton” toplamaq niyyəti ilə çəkilib”.

15:10

Sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin guya polis orqanlarında bir şəxsin saçını qırxdığı ilə bağlı fotolar yayılıb. Birinci fotoda saçı iki tərəfdən yığılmış, ikinci şəkildə isə həmin şəxsin saçının qırxılmış şəkildə olduğu əks olunub. Şərhlərdə bu addımın polis orqanlarında atıldığı iddia olunub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görüntülər polisin inzibati binasında çəkilməyib: “Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Məsələ araşdırılır”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Foto #kiminsə #TikTokda #jeton #toplamaq #niyyəti #ilə #çəkilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin