fbpx

İlk körpəsinin üzünü görmədən şəhid oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


20 Yanvar gecəsi sıravı vətəndaşlarla bərabər peşə borcunu yerinə yetirən zaman düşmən gülləsinə tuş gələn daxili işlər orqanlarının əməkdaşları, polislər də var idi.

Həmin dəhşətli gecədə yenicə evlənmiş kiçik serjant Telman Bağırov peşə borcunu yerinə yetirmək üçün “gələcəyəm” deyib evdən çıxıb gedir. Güllə yarasından şam işığında beş saat əməliyyat olunan Telmanı həyata qaytarmaq mümkün olmur. Qəhrəman polisimiz ilk körpəsinin üzünü görmədən dünyaya əlvida deyib, şəhadətə qovuşur.

Həyat yolu:

1960-cı il sentyabrın 9-u Lənkəran rayonunun indiki Liman şəhəri anadan olan Telman orta kənd məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhər 12 nömrəli texniki-peşə məktəbini bitirərək kinomexanik sənətinə yiyələnmişdir. Daha sonra Bakı məişət kondisionerləri zavodunun 1 nömrəli sexində işləmişdir. Orada əvvəlcə partiya sıralarına, daha sonra isə əla xasiyyətnamə ilə 26 Bakı komissarı rayonunun daxili işlər şöbəsinin milis mühafizə bölməsinə qəbul olunmuşdur. Milis rütbəsi kiçik serjant olmuşdur.1989-cu il noyabr ayında Şuşanın Malıbəyli kəndində gedən döyüşlərdə iştirak edib. Telman Bağırovailəli olub, ölümündən 22 gün sonra 1990-cı il fevralın 11-də qızı Nişanə doğulur.

Xatirələr…

Telman Bağırovun həyat yoldaşı Təranə xanım:

“Telmanı axırıncı dəfə yanvarın 18-də görüb. “Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şey olar. Ölüm xəbərini mənə demədilər, sadəcə, yaralı olduğunu söylədilər. Çünki mən ana olmağa hazırlaşırdım. Bu səbəbdən həqiqəti məndən gizləyirdilər. Mən hadisə yerinə gələndə o, artıq keçinmişdi. Bildirim ki, noyabr ayında Şuşanın Malıbəyli kəndinə döyüşə getdi. Dekabrın 30-da gəldi, yanvarda da bu hadisə baş verdi…Telman ilk körpəsinin üzünü görmədən şəhid oldu.. Fevralın 11-də qızımız dünyaya gəldiG. Telmanın ölümü məni elə sarsıtmışdı ki, övladımız vaxtından erkən dünyaya göz açdı .”

Bacısı Hörmət xanım o məşum gecəni belə xatırlayır:

“Mənim üçün Telman haqqında–uşaqlığından, gəncliyindən danışmaq çox çətindir. Çünki onun ölümünə hələ də inana bilmirəm. 29 yaşında şəhid oldu. Bir şeyi qeyd edim ki, hamı o dünyanın yolçusudur.Bir var ölüm- ölüm kimi, bir də var ölüm- zülm kimi. Bunların ölümləri zülm kimi oldu.Yanvarın 19-da gecə növbəsində idi. Anam və mən gecəni evin pilləkənlərində keçirdik. İçərişəhərdə yaşayırdıq. Atəş səsləri eşidilirdi. Küçəyə çıxmaq mümkün deyildi. Səmada güllələr işıq saçırdı. Səhərə yaxın ayaq səslərindən Telmanın gəldiyini duyduq. Pilləkənləri nəfəsi kəsilmiş halda qalxdı. Bizi qucaqladı. Soruşurdu ki, niyə bayırda dayanmısınız? Deyirdi,ana,bacı, bilirsiz, nə oldu? İnsanları qırdılar. Küçələr qanla örtülüb. Qaçıb sizdən xəbər tutmaq üçün gəldim. O zaman bütün rabitə əlaqələri yaxşı işləmirdi, televiziya bloku partladılmışdı. Ancaq “Azadlıq” Radiosuna qulaq asıb məlumatı oradan əldə edirdik. Anam nə qədər onu saxlamağa çalışsa da, qulaq asmadı, getdi. Amma bir az rahatlaşdıq ki, gedib qayıdacaq. Oturub radioya qulaq asanda birdən telefon zəngi gəldi. Atam dəstəyi qaldırdı. Rəngi qaralmışdı. Telefondakı şəxş Telmanı təsvir edirdi. Həmin an hamımız gözümüzü atama dikmişdik. Telmanın çiynindən yaralandığını, Semaşko xəstəxanasına gedəcəyini bildirdi. Əslində isə, anam xəstə olduğundan, atam həqiqəti ondan gizlətmişdi. Anam isə təkidlə getmək istədiyini bildirdi. Atam və anam piyada, kəsə yollarla xəstəxanaya getdilər.

Anam danışır ki, səhər saat beş olardı, maşınlar xəstəxananın həyətinə toplaşmışdı. Öz-özümə deyirdim ki, hərbçilər bura da gəliblər. Xəstəxanın həyətində BTR-lər, tanklar vardı. Gecə yarısı yaralılara kömək əlini uzadan tibb bacısını da elə xəstəxanada vurmuşdular. Əlindəki balonla dolu olan spirti alıb əlinə atəş açıblarmış. Bir də həmin gecə azğınlaşmış əsgərlər gecə meyitxananın qapısını açıb orada olan bütün ölülərin üzərinə “kislata” tökmüşdülər ki, üzləri tanınmasın. Atam onda sevinmişdi ki, nə yaxşı Telmanı meyitxanaya aparmağa qoymadım.

Əsgərlər arxadan atəş açıb Telmanı yaralamışdılar. Onun ölümü sevgi ilə daşıdığı polis formasında oldu. Bir güllə vurmuşdular o da ürəyindən dəymişdi . Onlar Telmanı öldürüb, meyitini yox eləmək istəyirdilər. Telmana elə bil, həmin an xüsusi bir güc verilmişdi. Onların niyyətlərini başa düşərək gizlənmək üçün yer axtarmışdı. O yaralı olmağına baxmayaraq yuxarıya doğru qaçıb indiki Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində olan evlərin həyətinə girib. Sakinlər əvvəl onun sovet əsgəri olduğunu düşünüblər,lakin Telman söyləyib ki, azərbaycanlıyam, kömək edin. Həmin an ona kömək edən Böyükağa və Səmədə söyləyib ki, evə xəbər edin ki məni yaralayıblar. Onlar bildirirlər xəstəxanaya aparanda o sağ idi.

Onlar bunu da danışırdılar ki, sovet əsgərləri həyətdə onu gəzəndə bir-birlərinə deyirdilər ki, o, polis formasında idi. Tapıb onu mütləq öldürüb yox eləmək lazımdır. Başa düşdük ki, söhbət Telmandan gedir. Onların getməsini gözlədik, sonra biz onu gizlicə xəstəxanaya apardıq. Bəlkə, çox qan itirdi, bəlkə tez aparsaydıq sağ qalardı – deyə bildirirdilər. Bircə onu dedi: Anama deyərsiz… Sözlərinin ardını gətirə bilmədi”.

Qeyd edək ki, Telman Bağırovun xatirəsinə yaşadığı İçərişəhərdə keçmiş Pestel küçəsinin adı dəyişdirilərək Telman Bağırov küçəsi edilmişdir.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlk #körpəsinin #üzünü #görmədən #şəhid #oldu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin