Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir.
Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Söhbət zamanı Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında möhkəm sülhün bərqərar olmasına güclü diplomatik töhfə verməyə, eləcə də münaqişənin həllinə yardımçı olmaq və bu prosesdə vasitəçi olmaq vəzifəsini öz üzərinə götürməyə hazırdır.
Telefon danışığında Türkiyə prezidenti yanvarın 18-də Brovaridə baş vermiş faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyə #və #Ukrayna #prezidentləri #arasında #telefon #danışığı #oldu