fbpx

“Şahdəniz” yatağında yeni kəşfiyyat quyusunun qazılmasına BAŞLANILDI

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün BP “Şahdəniz” tərəfdaşları adından, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş (ŞD HPBS) çərçivəsində “Şahdəniz” müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun (SDX-8) qazılmasına başlanıldığını elan edib.

BP-dən Metbuat.az-a verilən məlumata görə, SDX-8 quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun Şahdəniz yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.

Quyunun ümumi dərinliyinin təxminən 7000 metr olacağı nəzərdə tutulur.

Uğurlu olacağı təqdirdə, bu quyu şərq cinahda hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.

Quyunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şahdəniz #yatağında #yeni #kəşfiyyat #quyusunun #qazılmasına #BAŞLANILDI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin