Naxçıvanda qanunsuz odlu silahlar yığışdırılır
BEY.AZ informasiya agentliyi xəbər verir
Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görür.
Metbuat.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq Culfa RPŞ-in əməkdaşları Culfa Rayon Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabdin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı 9 mm -lik qaz tapançası aşkarlayaraq götürüblər.
Faktlarla bağlı daxili işlər orqanlarının aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #qanunsuz #odlu #silahlar #yığışdırılır