fbpx

“Ermənistan sülhlə razı deyilsə, müharibəyə hazırlaşsın”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənistan imza atdığı 10 noyabr müqaviləsinin şərti olan Naxçıvanla əlaqəyə dair bəndi yerinə yetirməkdən boyun qaçırırsa, Azərbaycan niyə Laçın yolunun açıq qalmasına dair bəndə əməl etməlidir?”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

“Bu müqavilədə Ermənistana məgər hansısa üstünlük verən hüquq verilib ki, o, istədiyini edə bilər, amma Azərbaycan mütləq öz imzasına əməl etməlidir?.

Xatırlatmaq lazımdır ki, bu, əksinədir və Azərbaycan Ermənistanı bu müqaviləyə imza atmağa müharibə yolu ilə məcbur edib. Ermənistanın üzərinə məcburi şərtlər qoyub.
Azərbaycan tez-tez xatırlatmalıdır ki, bir anlaşmanın müddətini bir sonrakı müharibənin başlanğıcı müəyyən edər. Ermənistan müqavilə şərtlərinə əməl etməsə, anlamalıdır ki, Azərbaycan növbəti müharibə etmək hüququnu özündə saxlayır və bu dəfə daha ağır şərtlər daxilində onu yeni müqavilə imzalamağa məcbur edəcək

Politoloq onu da qeyd edib ki, tarixdə heç kim məğlub olanın sonradan şərtlər irəli sürməsinə şahid olmayıb. Ermənistan bu müqavilə ilə razı deyilsə, onda yeni müharibəyə hazırlansın, amma nəticələrinin də nə olacağını əvvəlcədən hesab etsin.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #sülhlə #razı #deyilsə #müharibəyə #hazırlaşsın

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin