fbpx

Rusiya televiziyasında Azərbaycana qarşı təxribat

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib.

Metbuat.az APA-ya istibadən xəbər verir ki, Azərbaycan əleyhinə təxribat bu dəfə “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv” siyasi tok-şousunda baş verib.

Siyasi ekspert Dmitri Kulikovun aparıcısı olduğu proqramın 24 yanvar tarixli efirində erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələrə yol verib.

O, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib.

Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.

Onu da vurğulayıb ki, həmin proqramda heç Azərbaycan müzakirə mövzusu olmayıb. Əsas müzakirə mövzusu Türkiyə-NATO münasibətləri və Ukraynadakı müharibə olub.

Ukraynadakı macarların rəsmi Kiyev tərəfindən guya bilərəkdən Ukraynanın şərqindəki müharibəyə göndərildiyini iddia edən Stepanyan həmin vaxt canlı efir imkanından istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirməyi unutmayıb.

Qeyd edək ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən televiziya kanallarında, kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə təxribatlar mütəmadi baş verir. Bu təxribatlar İkinci Qarabağ müharibəsi zamanı, ondan əvvəl və sonra da müşahidə olunub.








You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #televiziyasında #Azərbaycana #qarşı #təxribat

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin