fbpx

FİFA Ximenez, Muslera, Kavani və Qodini cəzalandırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


FİFA Uruqvay millisini DÇ-2022 matçında baş verən insidentlərə görə cəzalandırıb .

Metbuat.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Uruqvay DÇ-2022-nin qrup mərhələsinin son turunda Qana üzərində qələbə qazanıb (2:0), lakin qol fərqinə görə pley-offa vəsiqə əldə edə bilməyib. Bundan sonra Uruqvayın oyunçuları qalmaqal yaradıblar. “Atletiko “nun müdafiəçisi Xose Ximénes hakimlərə söyüş söyüb. Uruqvay yığmasının futbolçuları qanalıların qapısına iki penalti təyin etməyən Daniel Sibertin başçılıq etdiyi hakimlər briqadasının yanına gediblər. Ximenez Siebertə hücum etmək istəyərkən, səhvən FİFA direktorlarından birinə dirsəklə vurub.

FİFA Uruqvay Futbol Assosiasiyasını (AUF) azarkeşlər tərəfindən ayrı-seçkilik törətdiyinə, eləcə də komanda üzvlərinin nalayiq davranışlarına, təhqirlərinə və ədalətli oyun prinsiplərinin pozulmasına görə cəzalandırıb.

AUF FİFA-nın himayəsi altında Uruqvayın növbəti ev oyunu üçün stadionun qismən bağlanması ilə cəzalandırılıb. Assosiasiya həmçinin 50 000 İsveçrə frankı (təxminən 50 000 avro) məbləğində cərimələnib.

Həmçinin ayrı-ayrı futbolçulara da sanksiya tətbiq edilib. Ximenez 4 oyunluq cəzalanıb, 20 min frank cərimə olunub və FİFA-nın ictimai işlərində iştirak etməlidir. “Qalatasaray”ın qapıçısı Fernando Muslera da analoji cəza alıb.

“Valensiya”nın hücumçusu Edinson Kavani 1 oyunluq cəzalanıb, 15 min frank cərimə olunub və FİFA-nın ictimai işlərində iştirak etməlidir. “Velez Sarsfild”in müdafiəçisi Dieqo Godin də oxşar cəza alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#FİFA #Ximenez #Muslera #Kavani #və #Qodini #cəzalandırdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin