BMT Baş Assambleyasının Prezidenti terror aktını pislədi
BEY.AZ informasiya agentliyi xəbər verir
BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyib.
Metbuat.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak Report-un yerli bürosuna açıqlamasında deyib.
“BMT Baş Assambleyasının Prezidenti Ksaba Korosi bu hücumu qətiyyətlə pisləyir. O, həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verir və yaralanan iki nəfərə tezliklə şəfa diləyir. Hazırda istintaqın davam etməsindən şadıq”.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#BMT #Baş #Assambleyasının #Prezidenti #terror #aktını #pislədi