YUXU YOZMALARI – P
Padişah – Röyada padişah görmək ən xeyirli yuxulardan sayılır. Subaysınızsa – xoşbəxt ailə quracaqsiniz, evlisinizsə – yaşayışınız, güzaranınız son dərəcə gözəl və ürəkaçan olacaqdır.
Pazı(Çuğundur) yarpağı – xeyirli ruzi anlamindadır. Təmizləmədən bu pencəri yemək – borca və şübhəli şeylərə, yaxud da taleyin dönməsinə; qadın üçün – heysiyyət və şərəfinə toxunan sözlərə işarədir.
Paya(Dirək) – Bu röya heç gözləmədiyiniz birisinin haqqınızda dedi-qodu yaydığını və sizə quyu qazdığını göstərir.
Payız şumu – Röyada payız şumuna qoyulmuş torpaq görmək – istəklərinizin gerçəkləşməsi üçün bir az da gözləməyiniz gərəkdir.
Payızgülü(Xrizantema) – Röyada payızgülü görmək – bir sevgi məsələsi ilə qarşı-qarşıya qalacaqsınız.
Paket(Torba) – Alış-veriş üçün istifadə olunan paket – ibrətverici bir təcrübəyə işarədir. Paket almaq – cavan oğlan üçün bu röya alacağı bir məktubdan və ya xəbərdən üzüləcəyinə, sıxıntı çəkəcəyinə; Yaşlı adam üçün – heç də güvənilməyən bir dosta, yodaşa; Gənc qadın üçün – ürəkaçan bir sürprizə; Yaşlı qadın üçün – girişdiyi bir işdən uğur qazanacağına və bu uğurdan başqalarının da faydalana biləcəyinə yozulur.
Palan – Etibar qazanacağınıza, lakin əlinizdən xeyli pul çıxacağına işarədir.
Palıd ağacı – acı xəbərə yozulur. Yuxuda palıd ağacı görmək və ya kölgəsində oturub dincəlmək – cavan oğlanın uğur qazana bilməsi üçün var gücü ilə çalışmasını; daha yaşlı adam üçün – yaxın bir yoldaşının ondan yardım istəyəcəyini; Dul qadın üçün – özündən çox yaşlı bir adama evlənəcəyini; Evli qadın üçün – çətin bir işdə uğur qazanacağını xəbər verir.
Palıd qozası – cavan oğlanın röyada palıd qozası topladığını görməsi – sonu bir şübhəli bir işdə uğur qazanacaqdır. Röya sahibi yaşlıdırsa – az maaşlı bir işi qəbul edəcəkdir. Gənc qadın üçün bu röya – yaxşı bəxtə; yaşlı qadın üçün – qazanacağı uğurdan başqalarının da istifadə edəcəyinə yozulur.
Palma – faydalı bir dəniz səfərinə çıxacaqsınız.
Paltar – röyada təzə paltar geymək – iş həyatınızda hamıdan əlverişli və üstün vəziyyətdə olduğunuza yozulur. Pis və cırıq-cındır paltar geymək – yoxsullaşacaq və mövqeyinizi itirəcəksiz; Şık və qəşəng geyimdə küçəyə çıxmaq, yaxud rəsmi yerə getmək – yaxınlarda var-yoxunuzu itirəcəksiniz. Pul sıxıntısı üzündən paltar satmaq – kasıb üçün xeyirə; varlı üçün kədər və can sıxıntısına, mal və pul itkisinə yozulur. Zərif və incə geyimli xanımlar görmək – yaxınlarda bir toyda olacaq, yaxud evlənəcəksiniz (nişanlanacaqsınız). Gənc qızların və ya qadınların özlərinin kişi geyimində görməsi – sevindirici bir xəbərə işarə sayılır.
Paltar dolabı – qohumlardan biriylə umu-küsüyə, münaqişəyə işarədir.
Paltar yumaq – pis xəbərə işarə sayılır.
Paltar təmizləyən – varlı birisiylə evlənməyə işarədir. Əgər röya sahibi evlidirsə – gözləmədiyi bir yerdən xeyli pul alacaqdır.
Paltar asılan – subay qızlar üçün – qismət, cavan oğlanlar üçün – sıxıntı kimi yozulur.
Palto – röyada palto geymək – yaxşı bir mövqe sahibi olacaqsınız.
Pambıq – bəmbəyaz pambıq görmək – fərəhə, sevincə işarədir.
Pansionat – səyahətə və səfərə yozulur.
Pantolon (şalvar) – yuxuda qara rəngli pantolon geymək – xətirli və mötəbər adamlar üçün xeyirli röya hesab edilir. Köhnə və yırtıq pantolon geymək – tasaya, kədərə; ipək və yun pantolon – xeyirə yozulur.
Papa (roma papası) – röyada Papanı görmək – ailədaxili bir məsələdə şübhə altına alıcanaqsınız. Papa ilə danışıb söhbət etmək – sonu şübhəli bir işə atılacaqsınız. Papa ilə ayində, dini mərasimdə olmaq – yaxınlarınızdan birinin vəfat edəcəyinə işarədir. Papaya bir şey vermək – xristiana çox dəyərli bir yardımda bulunmağa yozulur. Özünü Papa olmuş görmək – böyük bir fəlakət anlamına gəlir.
Papaz (keşiş) – günah işləməyə və pisliyə işarədir.
Parik – röyada parik görmək – başqalarının da fikir və tövsiyyələrini qiymətləndirə bilsəniz, həyatda uğur qazanacaqsınız.
Park – yuxuda yamyaşıl və gözəl bir parkda gəzib-dolaşmaq – əyləncəli bir istirahət gözləyir sizi.
Parlament – röyada parlament binasını görmək – dövlət qapısında önəmli bir işinizin həll ediləcəyinə yozulur.
Parça taciri – özünü bir parça mağazasında görmək – kişilər üçün bu yuxu uğurlu bir ticarətə; qadınlar üçün – əyləncəyə yozulur.
Parçalamaq – röyada bir adamın dəli kimi üst-başını parçalaması – bir başqası ona qarşı etirazda bulunacaq və ya röya sahibi bir işdə töhmətləndiriləcək, şübhə altına alınacaqdır.
Pasport – xarici bir ölkəyə getmək üçün röyada pasport almağa çalışmaq – işlərinizdə bir sıra əngəllər çıxacaqdır.
Pasta (diş pastası) – xəstəlikdən şəfa bulunmağa və nəslin çoxluğu anlamına gəlir. Ot, çiçək və taxıldan çəkilən yağ və pastalar da, eyni şəkildə yozulur.
Patriarx – xeyirə yozulmur, xəstəliyə də işarədir.
Patriarxiya – bir fəlakət xəbəri olaraq yozulur.
Paxla – yuxuda təzə paxla yemək – düşmən əhatəsində olduğunuza işarədir. Quru paxla yemək – könlünüzü saran kədər və istirablardan qurtulacaqsınız.
Paxlava – paxlava bişirmək – həyatınızı çox çalışmaqla və minbir məşəqqətlə qazanacağınıza işarədir. Paxlava yemək – mal-dövlət və ya pulunuz əldən gedəcəkdir.
Paşa (hərbi və mülki titul) – röyada hərbi mündirdə bir Osmanlı paşası görmək – şan-şərəf, mövqe və etibar işarəsi olaraq yozulur.
Peyğəmbər çiçəyi – umduğunuz, istədiyiniz nə varsa, nail olcaqsınız.
Pendir – röyada pendir yemək – işdə aldadılmağa işarədir. Bazardan pendir almaq – kişilər üçün bu röya – ticarətdə böyük və zəhmətsiz qazanca; subaylar üçün – zəngin bir qadınla evlənməyə; ərə getməmiş qadın üçün – xaricdə vəzifəli bir adamla birləşməyə; evli və uşaqlı qadın üçün – mirasa qovuşmağa yozulur.
Pəmbə (çəhrayı) rəng – bəzi gərəksiz xəyallarla məşğulsunuz.
Pəncə (caynaq) – röyada pəncə görmək – qüvvətə, rahat yaşayışa işarədir. Qartal caynağı – həyatda böyük bir uğur qazanacaqsınız.
Pəncərə – yuxuda pəncərə görmək – röya sahibi bir vara, mülkə nail olacaq, ucalığa və xoşbəxtliyə çatacaqdır. Röyanı görən sıxıntı və qatğı içindədirsə, bu qayğılardan qurtulacaq, xəstədirsə – yaxşılaşacaq, subaydırsa – evlənəcək və gözəl bir qızla məsud ailə həyatı quracaqdır.
Pəncərə qapağı (taxta örtük) – bəzi yeni sirlər kəşf edəcək və öyrəndiklərinizdən ağıllı şəkildə istifadə edə biləcəksiniz.
Pərvanə – səbirsizliyə yozulur.
Pərdə – röyada pərdə ilə sıx-sıx örtülmüş pəncərə görən adam yaxın günlərdə həyati sirlə, müəmmayla dolu bir nəfərlə yaxından tanış olub sıx əlaqə yaradacaq, lakin bu tanışlıq çox böyük üzüntüyə və qəmə-qayğıya səbəb olacaqdır.
Pəri (mələk) – röyada pərilər, mələklər diyarında olmaq, rəqs edən, əylənən pəriləri görmək, yaxud da bir pəri ilə söhbətləşmək – röya sahibi gözləmədiyi halda olduqca önəmli bir sərvətə nail olacaqdır.
Pərpərəng (bitki) – mədə və bağırsaq xəstəliyinə yozulur.
Pəhlivan – yuxuda pəhlivan görmək – mənasız bir iş cəhdində bulunacaqsınız.
Pivə – yuxuda pivə içmək – nişanlanacaq və tezliklə evlənəcəksiniz. Pivə almaq və ya bir yerdə çoxlu pivə şüşəsi görmək – var-dövlət sahibi olacaqsınız.
Pijama – cansıxıcı bir xəbərə yozulur.
Pipik (xoruz pipiyi) – ruzinizin və sərvətinizin çoxalacağına, hər hansı bir olay dolayısıyla sıxıntıya düçar olacağınıza işarə sayılır.
Pislik etmək – röyada birisinə pislik öyrətdiyini görən adam öz dəstlarından birinə pislik edəcək.
Pişik – evin qulluqçusuna işarədir. Bəzi yozucular pişiyi röya sahibinin evində olan oğru kimi də yozurlar. Dişi pişik – hiyləgər, pis qadını ifadə edir. Röyada miyoldaya-miyoldaya bir nəfərin ətrafında dolaşan və onu qorumağa çalışan pişik – o şəxsə həm zərəri, həm də faydası toxunan bir adama işarə sayılır. Erkək pişiyin yuxuda bir adamı cırmaqlaması, yaxud dişləməsi -o adam bir il xəstə yatar. Vəhşi çöl pişiyinin dişləməsi daha şiddətli xəstəliyə yozulur. Yuxuda pişik satmaq – ruziyə və faydaya; pişik əti yemək – sehrbazlıq sənətini öyrənməyə; pişiyə döndüyünü görmək – oğurluğa və yaşayışını gərəksiz işlərdən qoruya bilməyə; pişiyin evə girdiyini görmək – evə oğru girəcəyinə, lakin bir şey aparmayacağına işarədir. röyada bir pişiyin bir adamı cırmaqlaması, onun qanını axıtması, yaxud gözünü çıxarması – açıq bir düşməni ifadə edir.
Platin – yuxuda platin görmək – bir dəli eşq əlamətidir.
Plyaj – cinsi həyatınızıpn nəzarət altına almağın gərəkdiyinə yozulur.
Plov – röyada plov görmək – indiyəcən iç üzü naməlum olan bir çox çətin və qarışıq məsələlərin açılıb, aydınlaşacağına işarə sayılır.
Polis idarəsi – polislə ilgili röyalar başınıza bir bəla, dərd gələcəyinə işarə sayılır.
Pomidor – yuxuda pomidor – sizi və ailənizi könülaçan, xoş işlərin gözlədiyinə işarə sayılır.
Poni (at cinsi) – yuxuda alçaqboylu at cinsindən olan poni görmək – muradınıza çatacaq, ürəyinizcə səadətə qovuşub, çoxlu pul qazanacaqsınız. Həm özünüzün, həm yaxın adamlarınızın sağlamlığı və iş durumları fövqəladə dərəcədə düzələcəkdir. Röyada poniyə minmək – işinizdə ən yüksək mərtəbəyə yetişəcəksiniz deməkdir.
Portağal – şad xəbərə və uğurlu eşqə yozulur.
Poçtalyon – röyada poçtalyondan məktub almaq – kimsə röya sahibini lağa qoyacaqdır. Poçt qutusundan və ya əldən məktub almaq – yaxın günlərdə önəmli bir xəbər alacaqsınız. Yuxuda poçtalyonun sizə məktub olmadığını söyləməsi – çox önəmli bir sənədiniz itəcəkdir.
Pul – röyada külçə halında pula sahib olmaq – əlinizə çoxlu pul keçəcəkdir. Pul itirmək – əlinizə bir qədər pul keçəcəkdir. Yerdən pul yığmaq – böyük çətinliklərlə qarşılaşacaqsınız. Qızıl pul görmək – zənginliyə, var-dövlətə yozulur. Qənaətlə pul yığmaq – hər hərəkətinizdə yetkin bir adam olduğunuzu göstərir. Pul saymaq – planlarınız və təsəvvürləriniz arzunuzca gerçəkləşə bilməyəcək, onlara yeni bir yön verməyiniz gərəkdir. Pul yatırmaq – röyada bir əmanət kassasına pul yatırtdığını görən adamın irəlidə rahat bir həyat gözləyir. Birisindən əmanət olaraq pul almaq – bir dostunuzu itirəcəyinizə işarədir. Pul cəriməsi ödəmək – həyatda kiçik bir irəliləyişiniz olacaq deməkdir. Pul daxılı -bu röya böyük miqdarda pul itkisinə işarə sayılır.
Pusqu – röyada pusqu qurmaq – zalım bir adamın xəyanətinə və alçaqlığına məruz qalacaqsınız. Pusquya düşmək – açıqürəkli olduğunuzdan həyatda çox şey qazanacaqsınız.
Püstə – röyada püstə yeyildiyini görmək – çox önəmli adamlar evinizi ziyarət edəcək və bir iş təklifi alacaqsınız.