YUXU YOZMALARI – R
Radio, teleqraf – Röyada teleqrafla bir xəbər və ya göstəriş almaq – təcili səfərə çıxacağınıza yozulur. Radiodan musiqi dinləmək – çox sevdiyiniz bir dostunuzla, yaxud sevgilinizlə keçirəcəyiniz xoşbəxt günlərə işarə sayılır. Radiodan bir veriliş dinləmək – işinizdə ortaya çıxacaq əndişəni, üzüntünü xəbər verir.
Razılığa gəlmək – yuxuda bir adamla ittifaqa girmək, razılğa gəlmək – mal və pul itkisinə işarədir.
Raket – həyatda böyük uğurlar qazanacaqsınız.
Rakı (içki) – ağır xəstəliyə yozulur.
Ramazan ayı – ramazan ayı ilə ilgili yuxular həmişə xeyrə yozulur; bolluq, bərəkət, sağlıq və Tanrının rəhməti anlamına gəlir.
Rahib – xoş xəbərə yozulur. Röyanı görən qadındırsa – hamilə qalacaq; kişidirsə – işlərində uğur qazanacaq.
Rahibə – röyada rahibə görmək – dünya zövqlərindən artıq əl çəkməyin vaxtı yetişdiyinə və düzgün həyat tərzinin gərəkdiyinə işarədir.
Reaktiv təyyarə – röyasında reaktiv təyyarə görən adam qısa zamanda bir uğur qazanacaq və buna paxıllıq edənlər tapılacaq.
Revolver – heç gözləmədiyiniz adamın haqqınızda olmazın dedi-qodular yaydığına işarədir.
Rezin – röyada rezin görmək – ikiüzlü birisiylə tanışlıq quracaqsınız. Onunla bir işə girəcək olsanız, böyük ölçüdə zərərə uğrayacaq, pul və etibarınızdan olacaqsınız.
Reyhan – şadlığa, sevincə və xoşbəxtliyə yozulur. Reyhan çiçəyi röyada, ümumiyyətlə xeyirə əlamət sayılır. Röyanı görən kişidirsə – yaxın vaxtlarda xəyallarındakı qadınla evlənəcəkdir. Qadının röyada reyhan görməsi – böyük miqdarda pul sahibi olacaqdır.
Reklam – Yaxın günlərdə bir adam sizi acınacaqlı bir vəziyyətdə aldadacaq. Diqqətli olmanız gərəkdir.
Rels – yuxuda qatar relsi görmək – çox uzun və yorucu bir səfərə yozulur.
Resept (nüsxə) – yüngül bir xəstəliyə işarədir.
Restoran (yeməkxana) – İzdihamlı bir restoranda ora-bura vurnuxmaq – işdə canınızı sıxacaq xırda-para olayların olacağına işarədir. İzdihamlı bir restoranda nahar etmək – yüksək mövqe və məqam uğrunda bəhsdə rəqiblərinizin hamısına üstün gələcəksiniz. Bir restoranda özünü tək oturan görmək – o anda başladığınız işin uğurlu olmayacağına işarədir. Röyada bir restoranda qarsonluq etmək – təzə bir iş meydanına atılacaq və bu o işdə əvvəlkinə nisbətən daha xoşbəxt, daha uğurlu olacaqsınız.
Rəqs etmək – röyada rəqs etmək – qadın olsun, ya kişi, yuxu görənin işlərinin pozuq keçəcəyinə işarədir.
Rəzə (qapının siyirməsi) – röyada öz qapısının rəzəsini çəkib bağlamaq – sizə münasibətdə hiddətli və qəzəbli olan birisinin üstünlüyünə yozulur. Qapının rəzəylə bağlanmış görmək – röya sahibi dünya əmrlərini öyrənməyə yetənəkli (qabiliyyətli) deyil. Yuxuda evinin qapısının istəmədiyi halda bağlandığını görmək – həllində aciz qaldığınız, bacarmadığınız bir işbən çəkinməlisiniz.
Rəndə – pul itkisinə yozulur.
Rəncbər – bolluq və bərəkət anlamındadır.
Rəsm (şəkil) – röyada varlı adamın rəsm görməsi – xeyrə yozulan yuxulardandır. Kasıb adamın və ya qadının bu yuxunu görməsi – xəstəliyə işarədir. Röyada bir rəsmin sürətini çıxarmaq – iqamətgahınızı dəyişəcəyinə işarədir. Şəkil çəkmək, yaxud çəkdirmək – cavan oğlan üçün bu yuxu – boş ümidlərə qapılıb, əyri yola sapdığına işarə sayılır. Yaşlı kişilər üçün – xırda bir işdən böyük qazanc əldə etməyə; gənc qadın üçün – o qadının moda düşgünü kimi məsxərəyə qoyulduğuna; yaşlı qadın üçün – bir dostunun uğruna ürğkdən sevinəcəyinə işarə sayılır. Rəsm sərgisi – röya sahibinin uğurlu fəaliyyətini xəbər verir. Rəsm və ya tablo satın almaq – sərvətiniz və ya etibarınız artacaq, bir çox çətinliklərin öhdəsindən gələ biləcəksiniz.
Rəsmi-keçid – yuxuda bir hərbi birliyin rəsmi-keçidini, yaxud nümayiş görmək – böyük qismətə, uğurlu bəxtə əlamətdir. Diləklərinizin həyata keçəcəyini xəbər verir.
Rəssam – röyada rəssam – həmişə uğura yozulur.
Rəf – həyatda düzgün yolda olduğunuza və xoşbəxt günlər keçirəcəyinə yozulur.
Riyakarlıq – yuxuda riyakar bir adamla söhbət etmək – üzünüzə gülən, lakin arxada ayağınızın altını eşən adamlara işarədir. Diqqətli olmaq, onlardan qorunmaq lazımdır.
Rol – yuxuda bir tamaşada rol oynadığını görmək – yaxınlarda çoxlu pul qazancınız olacaq.Ancaq səhhətinizdə xırda bir nasazlıq olacağı da ehtimal daxilindədir.
Roma şəhəri – maraqlı bir eşq macərası ərəfəsindəsiniz.
Roman – yuxuda roman oxumaq – lazımsız və faydasız kitablar oxuyaraq mənasız yerə başınızı yormaqda olduğunuza işarədir.
Rüzgar (külək) – Şiddətli və soyuq rüzgar – böyük bir qorxuya əlaməydir. Xəfif və ilıq rüzgar – yaraşıqlı və alicənab bir adamla tanış olacağınıza yozulur.