“Vaşinqton sülh prosesində Rusiyanı əvəz etməyə iddialı deyil”- AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Keren Donfrid deyib ki, Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları proseslərdə konstruktiv rol oynamırlar: “İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır”.
Açıqlamaya münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirib ki, amerikalı diplomat haqlıdır, sadəcə onun sonrakı “Rusiya və İranın regional fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesinə daha çox töhfə verməlidir” tövsiyyə xarakterli cümləsi ilk söylədiklərinə uyğun gəlmir.
“Keren Donfridin söylədiyi kimi Rusiya və İran Cənubi Qafqazda konstruktiv rol oynamırlarsa, bu iki ölkə sülh prosesinə necə töhvə verə bilər? Ancaq amerikalı diplomatın bu cümləsindən o da aydın olur ki, Vaşinqton Parisdən fərqli olaraq Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanı əvəz etməyə iddialı deyil. Bizə də o lazımdır ki, Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan sonra rusiyalı hərbçilərin yerini doldurmaq barədə kimsə düşünməsin”, – deyə politoloq qeyd edib.
METBUAT.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Vaşinqton #sülh #prosesində #Rusiyanı #əvəz #etməyə #iddialı #deyil #AÇIQLAMA