fbpx

Fransa XİN-dən səfirliyimizə edilən hücuma REAKSİYA

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransa Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada deyilir.

Bildirilib ki, Fransa Tehranda Azərbaycan səfirliyinə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hücumu qınayır, həlak olmuş əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir.

Qeyd olunub ki, səfirliyə və diplomatlara qarşı hücum qəbuledilməzdir.

Bundan əlavə, məlumatda İran hökumətini öz ərazilərində olan səfirlikləri və diplomatları qorumaq məsuliyyətini yerinə yetirməyə və bu hücumu aydınlaşdırmağa çağırılıb.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Fransa #XİNdən #səfirliyimizə #edilən #hücuma #REAKSİYA

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin