fbpx

Anasını araq almağa məcbur edən atasını vurdu – Bakıdakı cinayətin təfərrüatı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda atasının ölümünə səbəb olmaqda təqsirli bilinən İlqar Kərimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, ittihama görə, Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlu təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub.

Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində İlqar Kərimov saxlanılıb.

İş üzrə dindirilimiş İlqar Kərimov ifadəsində bildirib ki, bacısı 16 il əvvəl ailə həyatı qurub. Həmin vaxtdanda o, valideynləri ilə birlikdə yaşayıb. Atası son 12 ildə daim spirli içki qəbul edib və ailsə söz-söhbət yaradıb. Atasının hərəkətləri onları hövsələdən çıxarsa da, bir dəfə də olsun ona heç kim əl qaldırmayıb. Təzyiqi olduğundan ara bir müvazimətini itirib yıxılsa da, heç vaxt həkimə müraciət etməyib.

Martın 20-də axşam bayram süfrəsinə əyləşiblər. Spirtli içki qəbul etdikdən sonra atası anasına marketdən gedib araq almasını deyib. Anası atasına spirtli içkini az qəbul etməsini və araq almayacağını bildirib. İlqar bu zaman anasını söyən atasını sakitləşdirməyə çalışıb. Amma atası onu itələyərək masada olan boşqabı götürüb anasının başına çırpıb. Anasının alın nahiyəsindən qan axdığını görüb bir anlıq etdiyi hərəkəti fikirləşmədən atasının sifət nahiyyəsinə yumruqla güclü zərbə vurub. Zərbədən atası arxaya gedib divana yıxılıb.

İlqar Kərimov ifadəsinin davamında bildirib ki, bundan sonra həyətə çıxıb. Bir az hava aldıqdan sonra evə qayıdıb və anasına özündən aslı olmayaraq astasını vurdugunu deyib.

Matrın 22-də səhər atası özünün narahat olduğunu hiss edib və qəflətən halı pisləşib. Dərhal Təcili Tibbi Yarıma zəng edib məlumat veriblər. Həkimlər müayinə edib atasının öldüyünü bildiriblər. Mərhumun üzündə və bədənində xəsarətlər olduğu üçün onlar polisə məlumat veriblər.

İlqar atasının üz nahiyəsinə yumruqla zərbə vurduğunu polis əməkdaşlarına bildirməyib. Atasının meyiti ekspertizadan sonra ailəsinə təhvil verilib. Həmin gün o, şübhəli şəxs qismində saxlanılıb.

Zərərçəkmiş şəxsi hüquqi varisi Saida Allahverdizadə bildirib ki, ailəvi olaraq nə qədər çalışsalarda atasının spirtli içki qəbul etəsinə mane ola bilməyiblər. Dəfələrlə atasının hərəkətlərindən yorulan anası və qardaşı küsüb evdən gediblər. Qardaşı tərbiyəli, mehriban və öz hərəkətlərini bilən insandı.

Məhkəmə prosesində İlqar Kərimov ittiham üzrə özünü təqsirli bilməyib.

Sonda məhkəmənin hökmü ilə İlqar Kərimov 5 il müddətinə azadlıqdan məhrum olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Anasını #araq #almağa #məcbur #edən #atasını #vurdu #Bakıdakı #cinayətin #təfərrüatı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin