fbpx

Varan buna görə Fransa millisini tərk etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

Metbuat.az “Mançester Yunayted”in 29 yaşlı müdafiəçisi 2022-ci il dünya çempionatının finalındakı məğlubiyyət, fiziki və psixoloji yorğunluq, həmçinin dizindəki problemlərə görə belə qərar verib.

“On il ərzində böyük ölkəmizi təmsil etmək bəlkə də həyatımın ən böyük şərəfi idi. Hər dəfə milli komanda üçün bu xüsusi formanı geyinəndə böyük qürur hissi keçirirdim. Bir neçə ay bu barədə düşündüm və qərara gəldim ki, beynəlxalq karyeramı bitirmək vaxtıdır. Dünya Kubokunu evə necə gətirdiyimizi (2018-ci ildə – red.) heç vaxt unutmayacağam. Həmin gün yaşadığım bütün hissləri hələ də hiss edirəm. Bu, həyatımın ən böyük və ən yaddaqalan anlarından biri idi.

Birlikdə qazandığımız bu qələbə Didye Deşamın, heyətimizin hər bir üzvü, hər matçda bu formanı geyən komanda yoldaşlarımın dəstəyi olmadan heç vaxt mümkün olmazdı.

Amma daha önəmlisi odur ki, bu qələbə hər bir azarkeşin dəstəyi olmadan mümkün olmayacaqdı. Keçən il finalda uduzduqdan sonra da qayıdanda bizi qəhrəman kimi qarşıladınız. Hər birinizə min dəfə “sağ ol” deyirəm!

Bu anlar üçün mütləq darıxacağam, amma yerimi yeni nəslin tutmasının vaxtıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır, şansa layiq gənc oyunçularımız var”, – Varan sosial şəbəkədə yazıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Varan #buna #görə #Fransa #millisini #tərk #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin