fbpx

​İsveçin baş naziri müsəlman icmasının nümayəndələri ilə görüşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


İsveçin baş naziri Ulf Kristersson ölkədəki müsəlman icmasının nümayəndələri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə İsveç Baş Nazirliyindən bildirilib. Məlumatda Kristerssonun İsveç müsəlman icmasının nümayəndələri ilə görüşməkdən məmnun olduğu bildirilib. Toplantıda İsveçin sosial işlər naziri Yakob Forsmed də iştirak edib. İsveç İslam Federasiyasının prezidenti Akan bildirib ki, görüş Kristerssonun təşəbbüsü ilə təşkil edilib. Toplantıda İsveçdə son günlər baş verən İslam dininə qarşı davranışlar müzakirə edilib.

Müsəlman icmasının nümayəndələri ölkədəki müsəlmanların narahatlığını dilə gətirib. Bildirilir ki, Kristersson müsəlman icmasının nümayəndələrinin çıxışlarını diqqətlə dinləyərək, qeydlər aparıb. O, müsəlman icması ilə dialoqun vacib olduğunu və bunun yaxşılaşdırılması üçün əlindən gələni edəcəyini ifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İsveçin #baş #naziri #müsəlman #icmasının #nümayəndələri #ilə #görüşdü

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin