Rəhman Rəhmanov ikinci həyat yoldaşından da boşandığını AÇIQLADI
BEY.AZ informasiya agentliyi xəbər verir
Əməkdar artist Rəhman Rəhmanov 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşanıb.
Metbuat.az xəbər verir ki, bu barədə əməkdar artistin özü ARB-nin “Elgizıə izlə” verilişinin canlı yayımında açıqlayıb. Aktyor yenidən evlənə biləcəyindən də söz açıb: “Bu verilişə evlənmək üçün gələn gənclərə həsəd aparıram. Kimsə evlənmək istəyəndə arxasınca xeyli insan gəlir. Mən evlənmək istəsəm, mənim üçün heç gələn olmaz”.
Onun bu açıqlaması verilişin qonaqları tərəfindən təəccüblə qarşılanıb.
Əməkdar artist Kübra Əliyevanın “Heç o cür qadından boşanmaq olarmı?”, sualına Rəhman Rəhmanov bu cür cavab verib: “Neyləyim. Hər şey bitdi, çıxdı getdi”.
Gülbiçə Rəhmanova verilişlə əlaqə saxlayaraq, əməkdar artistə halallığını verdiyini bildirib.
Qeyd edək ki, Gülbiçə Rəhmanova əməkdar artist Rəhman Rəhmanovun ikinci həyat yoldaşı idi. Onun birinci həyat yoldaşından 4 övladı olub. Oğlu 27 yaşında dünyasını dəyişib. İkinci ailəsindən isə övladı olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəhman #Rəhmanov #ikinci #həyat #yoldaşından #boşandığını #AÇIQLADI