“Silahlı dəstə qarşımı kəsdi” – Taleh Boradigahi başına gələn hadisədən DANIŞDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov Moskvada döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.
“Dünən Moskvada bir dəstə əlisilahlı naməlum şəxslər çıxış edəcəyim məscidin qarşısına gələrək, mənim İmam Əlinin (ə) mövlud günündə iştirakıma mane olmaq istəyiblər. Mən gəlib məscidə daxil olmaq istəyəndə həmin əli silahlı dəstə qarşıma çıxıb, içəri keçməyə mane oldular. Bu zaman hadisə yerinə gələn Moskva polisinin və dəyərli qardaşlarımın sayəsində əli silahlı dəstənin niyyəti baş tutmadı” – mərsiyəxan bildirib.
Taleh Əsədov qeyd edib ki, insident zamanı döyülməyib və ona hər hansı xəsarət yetirilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Silahlı #dəstə #qarşımı #kəsdi #Taleh #Boradigahi #başına #gələn #hadisədən #DANIŞDI