İran Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb
BEY.AZ informasiya agentliyi xəbər verir
İran Azərbaycan sərhədinin pozulmasının qarşısı alınıb.
DSX-nin Mətbuat Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.
Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilmiş, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf etmişdir.
Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə “marixuana”, 0.005 qram “heroin”, 0.005 qram “metamfetamin”, 10 ədəd “metadon M-40” həbi, şəxsi istifadəsi üçün 1 büküm “tiryək” və 2 büküm “marixuana” aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İran #Azərbaycan #sərhədinin #pozulmasının #qarşısı #alınıb