fbpx

Xankəndidəki ermənilərin gizlətdikləri Azərbaycan pasportları: Vaxtı çatıb, bundan sonra…

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Xankəndidə yaşayan bir çox ermənilər evlərində gizlin şəkildə 1991-ci ilin sentyabrın 1-ə qədər olan Azərbaycan SSRİ-nin pasportlarını saxlayır. Sonradan oradakı qondarma rejim bu sənədləri qadağan etdi. Ona görə də, oradakı ermənilərin məhz separatçıların təqdim etdiyi sənədləri almalı oldular.

Metbuat.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O hesab edir ki, hazırda o ərazidə yaşayan ermənilər düşdükləri acınacaqlı vəziyyətə baxıb, müqayisə aparıb Azərbaycan vətəndaş kimi yaşamaqla bağlı qərar verəcəklər: “İndi onlar da dərk edirlər ki, Azərbaycan vətəndaşı kimi firavan və yaxşı yaşayırdılar. Eyni zamanda bu gün erməni cəmiyyətində Azərbaycanla sülh şəraitində yaşamaq istəyində olanlar da az deyil. Onlar Qarabağ ermənilərinin Azərbaycan pasportları alaraq daha xoşbəxt yaşayacağına inanırlar”.

Millət vəkilinə görə, Azərbaycan tərəfi açıq şəkildə bəyan edib ki, ölkəmizin ərazisində yaşayan ermənilər dövlətin qanunları çərçivəsində normal yaşamaq hüququ əldə edə bilər: “Burada Azərbaycan dövləti hər bir vətəndaş kimi erməni əsilli insanların da təhlükəsizliyinə, rahat, firavan yaşamasına təminat verir. Əslində bu, Qarabağda yaşayan erməni əsilli insanların yeganə çıxış yoludur. Bu gün orada hansısa separatçıların fitvası ilə hərəkət edənlər isə gec-tez ərazimizi tərk edəcəklər. 1991-ci ilin 1 sentyabrına qədər Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi yaşadıqları üçün bundan sonra da o statusda yaşamaq imkanı qazana bilər”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xankəndidəki #ermənilərin #gizlətdikləri #Azərbaycan #pasportları #Vaxtı #çatıb #bundan #sonra

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin