Azərbaycanlı hakimin idarə etdiyi oyunda sensasiya qeydə alındı
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın FIFA referisi Elçin Məsiyev Polşada Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandaları arasında keçirilən UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda əlavə vaxt oynanılmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Lvov təmsilçisi sensasiyaya imza ataraq, adını növbəti mərhələyə yazdırıb.
Məsiyev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atıb. O, “Rux”dan 4, “İnter”dən isə 1 futbolçuya sarı vərəqə göstərib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanlı #hakimin #idarə #etdiyi #oyunda #sensasiya #qeydə #alındı