fbpx

Zərdabda xaricdən narkokuryerliyə cəlb edilən şəxs tutulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini Asim Hüseynzadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 4 kiloqram 128 qram narkotik vasitə olan heroin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub. A.Hüseynzadə Zərdab rayonu ərazisindən götürdüyü narkotik vasitələri 800 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı imiş. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Zərdabda #xaricdən #narkokuryerliyə #cəlb #edilən #şəxs #tutulub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin