Proqramlaşdırma müsabiqəsində məktəblilərimiz medala layiq görülüblər
BEY.AZ informasiya agentliyi xəbər verir
Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi keçirilib.
Elm və Təhsil Nazirliyindən Metbuat.az-a bildirilib ki, 12 ölkədən 197 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 2 bürünc medal qazanıblar.
“Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Raul Cəfərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nəsir Bəşirov isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 2 qızıl, 13 gümüş və 36 bürünc olmaqla ümumilikdə 51 medal əldə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Proqramlaşdırma #müsabiqəsində #məktəblilərimiz #medala #layiq #görülüblər