Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.
Metbuat.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Tədbirlər Planına əsasən, il ərzində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materialların hazırlanması, eləcə də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması, “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalının yaradılması da nəzərdə tutulur.
Adıçəkilən tədbiqlərin yaradılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şuşa #şəhərinin #elektron #xəritəsi #və #mobil #tətbiqi #hazırlanacaq