BEY.AZ informasiya agentliyi xəbər verir
“Sabah”ın ispaniyalı futbolçusu Con İrasabal və “Səbail”in kapitanı Rahid Əmirquliyevin cəzası müəyyənləşib.
Metbuat.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi Premyer Liqanın XXI turunda keçirilən “Sabah” – “Səbail” matçında qırmızı vərəqə alan hər iki futbolçunu 1 oyunluq diskvalifikasiya edib.
Paytaxt klubları oyunçularının kobudluğuna görə 200 manat cərimə ödəməli olacaqlar.
“Zirə” ilə görüşdə 4 oyunçusu sarı vərəqə alan “Qəbələ” isə 800 manat cərimələnib.
Qeyd edək ki, “Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib, “Zirə” ilə “Qəbələ” qollu (2:2) heç-heçə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AFFA #Sabah #və #Səbaili #cəzalandırdı

