fbpx

İlham Əliyev Putinə niyə zəng etdi?

BEY.AZ informasiya agentliyi xəbər verir


“İlham Əliyevin Vladimir Putinə indi zəng etməsi Bakı-İrəvan və Bakı-Moskva xəttindəki proseslər, o cümlədən, Qarabağda baş verənlərdən qaynaqlanır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Zəngdən öncə Prezident Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul etdi. Asif Nərimanlı hesab edir ki, Xovayevin gəlişinin iki mümkün səbəbi ola bilər:

“Bakı və İrəvan arasında sülh mətni üzrə məktublaşma davam edir və Moskva bu prosesdən məlumatlı olmaq istəyir. İstisna deyil ki, Rusiya sülh danışıqlarına dair müəyyən təkliflər də irəli sürür: bu təkliflərin tərəflərin liderlər səviyyəsində yeni görüşünün təşkili ilə bağlı olması mümkündür. Bu zəng eyni zamanda, Bakı-Moskva xəttində müşahidə olunan proseslərlə əlaqəlidir. Ruslar Qərb qüvvələrini bölgəyə gətirən Ermənistan qarşısında Azərbaycanda münasibətləri sıxlaşdırmaq niyyətindədir və baş konsulluğun açılmasını gündəmə gətirirlər O da mümkün versiyalardandır ki, İlham Əliyev Putinlə Qarabağda baş verənləri, xüsusilə Ruben Vardanyanın Moskvaya gedişi və dönüşü məsələsini də müzakirə edib”.

Asif Nərimanlı qeyd etdi ki, Rusiya Rubeni vətəndaşlıqdan çıxarmaqla məsuliyyəti üzərindən atsa da, onun Qarabağdan çıxışı və girişinə görə sülhməramlılar cavabdehdir.

“Bakıdan Moskvaya edilən zəngin Vardanyanın qayıdışından sonra baş verməsi İlham Əliyevin bu məsələni gündəmə gətirdiyi ehtimalını önə çıxarır”,- deyə Asif Nərimanlı bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İlham #Əliyev #Putinə #niyə #zəng #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin