Kilian Mbappe Liqa 1-də 64 ildən sonra rekorda imza atdı
BEY.AZ informasiya agentliyi xəbər verir
PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa Liqa 1-in tarixinə düşüb.
Metbuat.az “Opta Sports”a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu çempionatda 150 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.
Mbappe buna XXIV turda “Lill”ə 4:3 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Fransa millisinin üzvü bunu 24 yaş iki aylıq olarkən bacarıb. Mbappe 1959-cu ildə 26 yaş iki ayında 150-ci qolunu vuran Jyust Fontenin rekordunu qırıb.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 28 oyuna çıxıb, 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kilian #Mbappe #Liqa #1də #ildən #sonra #rekorda #imza #atdı