Səlim Müslümovun məhkəməsi təxirə salındı
BEY.AZ informasiya agentliyi xəbər verir
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Metbuat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclas dövlət ittihamçısının istəyi ilə təxirə salınıb.
Prokuror iş materiallarının tədqiqi ilə bağlı bəzi vəsatətlər verəcəyini deyib.
Proses fevralın 24-ə təyin olunub. Həmin gün prokurorun vəsatətlərinin müzakirə olunacağı, müstəsna hal olmazsa, məhkəmə istintaqının tamamlanacağı gözlənilir.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Səlim #Müslümovun #məhkəməsi #təxirə #salındı