Sülhməramlıların üç avtomobilinin aksiya ərazisindən keçidi təmin edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya sülhməramlılarına məxsus üç avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
Metbuat.az xəbər verir ki, Xankəndidən gələn bir yük, bir minik avtomobili Laçına, daha bir avtomobil isə Laçından Xankəndi istiqamətinə keçib.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 72-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 62-yə atıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlıların #üç #avtomobilinin #aksiya #ərazisindən #keçidi #təmin #edilib