Bu tələb ləğv oluna bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Sürücülər avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziyanı olduğu qənaətindədirlər. Amma deyirlər ki, həmin çantalar olmada avtomobillərini texniki baxışdan keçirmək mümkün olmur.
Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, bu çantaya 20-dən çox adda tibbi ləvazimat və dərman preparatı daxildir.
Ancaq sürücülər bu çantanın heç bir işə yaramadığını, dərmanların qısa müddətdə yararsız hala düşdüyünü deyirlər.
Həkimlər də tibb çantasının içərisində olan dərman preparatlarının saxlanma şəraitinə görə insana faydasından çox, zərərinin ola biləcəyini deyirlər.
Bu çantalarda məhlul halında olan dərmanlar da var ki, onların hər biri xüsusi qaydada saxlanmalıdır. Bu qaydalara əməl olunmadıqda isə həmin dərmanlar öz təsirini itirir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, müasir beynəlxalq təcrübədə və inkişaf etmiş ölkələrdə avtomobildə ilk tibbi yardım qutusunun olmasına dair tələb yoxdur.
Bu da avtomobildə dərmanların tərkibi pozulmadan saxlanması üçün müvafiq şəraitin olmaması ilə bağlıdır.
Ekspert güman edir ki, növbəti illlərdə Azərbaycanda da müvafiq qanunvericilikdə dəyişiklik ediləcək və avtomobildə tibbi çantaların olmasına dair tələb ləğv olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#tələb #ləğv #oluna #bilər