fbpx

Azərbaycan və İordaniya liderləri arasında məktub mübadiləsi olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında məktub mübadiləsi olub.

Metbuat.az xəbər verir ki, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseynin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir:

“Əziz Qardaşım,

Zati-alinizə salamlarımı və ən xoş arzularımı ifadə edir, Sizə möhkəm cansağlığı diləyir, qardaş Azərbaycan xalqının firavanlığı, ölkənin tərəqqisi və inkişafı yönündə əvəzsiz səylərinizdən sevinc hissi duyuram.

İordaniya Haşimilər Krallığı və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 30 illik yubileyi münasibətilə Zati-alinizə qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğumu və xalqlarımızın mənafelərinə xidmət etmək üçün müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək və genişləndirmək niyyətində olduğumu bildirirəm.

Həmçinin Yaxın Şərqdə və dünyada sülhə nail olmaq, təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək üçün səylərimizi gücləndirmək və İslam ümmətinin mənafeyinə xidmət edəcək şəkildə ümumi maraq doğuran məsələlər üzrə əlaqələndirməni və qarşılıqlı müzakirələri davam etdirmək niyyətində olduğumu bir daha vurğulayıram.

Zati-alinizə və qardaş Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Prezident İlham Əliyevin İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə ünvanladığı məktubda deyilir:

“Əlahəzrət,

Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrik məktubunuza görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə ikitərəfli əlaqələrimizdə bu əlamətdar tarix münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və xoş arzularımı yetirirəm.

Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz daha da möhkəmlənmiş, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etmişdir.

Bu gün müxtəlif sahələrdə əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə əlaqələrimizin daha da inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #və #İordaniya #liderləri #arasında #məktub #mübadiləsi #olub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin