fbpx

“Moskvanın sülh planı Azərbaycanı qane etmir”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan istefaya göndərilib.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, R. Vardayan Azərbaycanın təzyiqləri fonunda istefaya göndərildi. Ekspert hesab edir ki, bununla da Kremlin ikinci ssenarisi də fiaskoya uğradı.

Məhəmməd Əsədullazadə

“R.Vardanyan bir müddət bundan əvvəl Rusiyaya çağrılaraq təlimatla qayıtmışdı. Amma, Prezident İlham Əliyevin prinsipial mövqeyi, Münhen Təhlükəsizlik Konfransında erməni icması ilə təmaslara hazır olduğunu və R. Vardayanı qəbul etməyəcəyini vurğulaması prosesləri sürətləndirdi. Bundan sonra, Azərbaycan Xankəndində erməni icması ilə təmasları yenidən qura bilər. Burada hər hansı problem yoxdur. Və “kim istəyərsə, Qarabağda yaşaya bilər”, prinsipi üzərində mövqe ortaya qoyulmalıdır. Qeyd edim ki, danışıqlarda erməni icması yerli polis və bələdiyyə idarəetməsinə malik olmasını şərt kimi irəli sürməsi mümkündür”.

M.Əsədullazadə qeyd etdi ki, Moskva Ermənistanda Avropa İttifaqının mülki missiya adı altında möhkəmlənməsi, N. Paşinyanın anti-Rusiya siyasəti Kremlin Azərbaycanla münasibətləri kəskinləşdirməmək xəttinə üstünlük verib. Moskvadan Azərbaycanı müdafiə edən rəsmi açıqlamaların ardıcıl verilməsi də bütün bunları sübut edir.

“Artıq Azərbaycanla Ermənistan Brüsseldə Vaşinqton vasitəçiliyi ilə görüş olacaq. Bu görüş digər görüşlərdən fərqli olaraq dinamik bir prosesə apara bilər. Qeyd edim ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir və Moskvada yeni bir sülh planını təqdim edəcək. Qərblə Moskva arasında təqdim olunan sülh müqaviləsi eyni deyil. Moskvanın sülh planı Azərbaycanı qane etmir və Ermənistan rəhbərliyi də Rusiyanın vasitəçiliyində maraqlı deyil. Brüsseldə keçirilən görüşdə Azərbaycan silahlı erməni birləşmələrinin çıxarılmasını və dəhlizlərdə ( Laçın və Zəngəzur) nəzarət buraxılış məntəqəsinin qurulması müzakirə ediləcək. Həmçinin sülh müqaviləsinin detalları, Laçın dəhlizində etiraz aksiyalarının dayandırılması və s. müzakirə ediləcək”.

Politoloq fikirlərinə əlavə olaraq bildirdi ki, ümumi olaraq Brüssel və Moskva öz vasitəçiliy uğrunda yenidən mübarizəyə başlayır. Ermənistan siyasi iradə göstərsə, Vaşinqtonun vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanması istiqamətində ilkin addımlar atıla bilər.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Moskvanın #sülh #planı #Azərbaycanı #qane #etmir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin