fbpx

Ziya Bünyadov prospektindəki dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az trend-ə istinadən bildirir ki, qəzada bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Belə ki, 2002-ci il təvəllüdlü Yusifli Yusif Əliağa oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Kainbəyov Tağıbəy Məhəmmədbəyoviçin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə toqquşub.

Rüya tabirlerini burdan oku

Daha sonra “Lada Granta” idarəetməni itirib yolayrıcı səddi keçərək əks istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Əliyev Mürsəl İsmayıl oğlunun idarə etdiyi “Chevrolet Cruze”, 1956-cı il təvəllüdlü Atakişiyev Nəsib Qurban oğlunun idarə etdiyi “Mercedes” və 2001-ci il təvəllüdlü Quliyev Orxan Etibar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillərlə toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lada Granta” markalı avtomobilin sürücüsü Yusifli Yusif Əliağa oğlu hadisə yerində ölüb, onun sərnişinləri 2002-ci il təvəllüdlü Əlizadə Nicat Ramiz oğlu, 2002-ci il təvəllüdlü Aslanov Qismət Eyyub oğlu, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Əliyev Mürsəl İsmayıl oğlu və sərnişini 1981-ci il təvəllüdlü Məmmədova Ofelya İsmayıl qızı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Quliyev Orxan Etibar oğlu və sərnişini 1966-cı il təvəllüdlü Məmmədova Yeksarə Kamil qızı, “Mercedes” markalı avtomobilin sürücüsü Atakişiyev Nəsib Qurban oğlu aldıqları xəsarətlər ilə əlaqədar “Sabunçu Tibb Mərkəzi”-nə yerləşdirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ziya #Bünyadov #prospektindəki #dəhşətli #qəzanın #GÖRÜNTÜLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu