Xocalı ilə bağlı filmlər kinoteatrda ödənişsiz nümayiş olunacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Televiziyası Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb.
Metbuat.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, filmlərdən biri “Ağrı”, digəri “Xocalı səmasının şahidləri”, o biri isə “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlanır.
Fevralın 25-dən 26-na keçən Xocalıda baş vermiş soyqırımını lentə alanlar gördüklərini ilk dəfə Azərbaycan Televiziyasında nümayiş olunacaq “Ağrı” filmində danışacaqlar.
“Xocalı səmasının şahidləri” filminin qəhrəmanları isə Xocalı faciəsinin ilk şahidləridir. Məhz onların ötürdükləri informasiyadan sonra dünya bu amansız faciədən xəbər tutub. Çəkilişlər faciənin baş verdiyi məkanda aparılıb. Xocalı faciəsinə işıq tutan xatirələr izləyiciləri o illərə aparır.
Xocalının işğaldan sonra ən yaxın görüntüləri ilk dəfə “Ağrılı ümidlər: Xocalı hekayəsi” filmində nümayiş olunacaq. Çəkiliş qrupu indiyə kimi heç bir televiziya kanalının gedə bilmədiyi nöqtələrdən çəkilişlər edib.
Çəkiliş qrupu Xocalı qırğını vaxtı lentə alınan real kadrların izi ilə araşdırma aparıb. Filmin baş qəhrəmanı o zaman Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirmişdi: “Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. Adi bir gəncin o vaxt cəsarətlə söylədiyi fikir filmin leytmotivini təşkil edir.
Hər üç film AzTV ilə yanaşı “Park bulvar”da yerləşən “Park cinema” kinoteatrında da nümayiş olunacaq.
Filmləri kinoteatrda ödənişsiz nümayiş ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xocalı #ilə #bağlı #filmlər #kinoteatrda #ödənişsiz #nümayiş #olunacaq