Türkiyədə zəlzələyə görə yüksək vəzifəli şəxs həbs edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində binaların kütləvi uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Nurdağı bələdiyyə başqanı Ökkeş Kavak saxlanılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində bu şəhər digərlərindən daha çox zərər çəkib.
Məlumata görə, Kavak Nurdağıda binaların tikintisi qaydalarının pozulması ilə bağlı işdə adı çəkilir. Bələdiyyə sədri ilə yanaşı, şəhərdə evlərin tikintisi ilə məşğul olan “CCK Construction” inşaat şirkətinin sahibi Yunus Kaya da saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Türkiyədə #zəlzələyə #görə #yüksək #vəzifəli #şəxs #həbs #edildi