Şəhidin azyaşlı yeganə övladı atasına qovuşdu
BEY.AZ informasiya agentliyi xəbər verir
Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından vəfat edib.
“Ata-bala qovuşdular. Allah rəhmət eləsin”, – E.İslamoğlu bildirib.
Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şəhidin #azyaşlı #yeganə #övladı #atasına #qovuşdu