fbpx

Formada qalmaq üçün idmanla yanaşı belə qidalanın

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq çəkidən əziyyət çəkənlər kifayət qədər çoxdur. Həmin kompleksdən azad olmaq üçün idmanı seçənlər də, ac qalmağa üstünlük verənlər də var. Mütəxəssislər isə deyirlər ki, formada qalmaq 70 faiz qidalanma, 30 faiz fiziki aktivliklə bağlıdır. Nə yalnız idman etməklə, nə də yalnız qidalanmağa fikir verməklə istənilən nəticəni əldə etmək olmaz. Ona görə də onların hər ikisinə eyni vaxtda əməl etmək lazımdır.

Yaxşı nəticə əldə etmək üçün bir qayda olaraq məşqdən əvvəl qidalanmaq düzgün sayılmır, çünki idman hərəkətləri zamanı əzələlər işlək vəziyyətdə olduğu zaman mədə qidanı həzm etməyə çalışır, həmçinin əzələlərdə daha çox qan axını olur ki, bu da həzm sistemi üçün zəruri qan miqdarının axınının qarşısını alır. Odur ki, məşqdən 1-4 saat əvvəl qidalanmaq məsləhət görülür. Məşqdən əvvəl giləmeyvəli yoğurt, yaxud süddə hazırlanmış və giləmeyvəli yulaf sıyığı, alma, bir qədər qoz, üzüm, banan və digər qida məhsullarının istehlakı tövsiyə olunur.

Metbuat.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova deyib: “Məşqdən sonra qidalanma rejimi daha əhəmiyyətli hesab olunur, çünki məşq prosesində əzələlərdə olan qlükogen və amin turşulardan ibarət olan əsas enerji mənbəyinin əhəmiyyətli hissəsi tükənir, əzələ liflərinin dartılması baş verir və bunun nəticəsində iltihabi proseslər də gedə bilir. Ona görə də məşqdən sonra 1 saat müddətində zülal və karbohidrat ehtiva edən qida məhsullarının qəbul edilməsi həm qlükogen deposunu doldurur, həm əzələ zəifliyini aradan qaldırır, həm də əzələ kütləsini bərpa edir”.

Onu da qeyd edək ki, idmanla məşğul olan və qidalanmasına diqqət edənlərin yağlı və qızardılmış yeməklər – şokolad, lifli tərəvəzlər, yağlı ət, şirin və yağlı yoqurtlar, lif və yağ turşuları ilə zəngin kətan toxumu, fastfud, enerji içkiləri və qazlı içkilər qəbul etməsi məsləhət görülmür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Formada #qalmaq #üçün #idmanla #yanaşı #belə #qidalanın

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin