fbpx

Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 13-cü iclası keçirilib.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işləri, habelə ölkədə qəbul olunan dövlət proqramları və strategiyaların DİM-lərə uyğunlaşdırıldığını, bu istiqamətdə xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Prezident tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyi diqqətə çatdırıb.

Eyni zamanda DİM-lərin maliyyələşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla layihələrin davam etdirildiyi, bu istiqamətdə BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “İnteqrə Olunmuş Milli Maliyyələşdirmə Çərçivəsi”ndə Azərbaycan Hökumətinə yaşıl iqtisadiyyata keçid, bu istiqamətdə boşluqların və investisiya istiqamətlərinin müəyyən edilməsi ilə bağlı texniki dəstəyin göstərildiyi bildirilib.

Görülən işlərin yekunu olaraq DİM-lərin həyata keçirilməsi üzrə 2022-Dayanıqı İnkişaf Hesabatında Azərbaycanın mövqeyinin 5 pillə irəlilədiyi göstərilib.

Bununla yanaşı, Şura sədri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammiti çərçivəsində səsləndirdiyi minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə bağlı təkliflərinin reallaşdırılması istiqamətində Şura tərəfindən müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

İclasda Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”-dən irəli gələn DİM göstəriciləri üzrə mövcud vəziyyət və yeni göstəricilərin prioritetləşdirilməsi imkanları” mövzusunda Dövlət Statistika Komitəsininin sədr müavini Rauf Səlimov çıxış edərək keçən il DİM göstəriciləri üzrə qlobal metodologiyalar öyrənilərək müvafiq dövlət orqanları ilə birgə 5 yeni göstərici üzrə məlumatların hazırlanmasına nail olunduğunu, bununla da məlumat istehsalı təmin edilmiş milli prioritet kimi müəyyənləşdirilmiş göstəricilərin sayının 86-ya çatdırıldığını deyib.

Azərbaycan Prezidentinə təqdim etmək üçün “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında 2022-ci il üzrə yekun Hesabat və “2023-ci il ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı” barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Şuranın Katibi Hüseyn Hüseynov geniş təqdimatlar edib.

O, bu il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində 36 tədbirdən ibarət Fəaliyyət Planının hazırlandığını bildirib. Həmçinin, Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammiti çərçivəsində Azərbaycan Prezidentinin minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə bağlı təklifinə dair yerli və beynəlxalq arenada təbliğat və təşviqat tədbirlərin həyata keçirilməsi istiqamətində tədbirlərin Fəaliyyət Planına daxil edildiyi qeyd olunub.

Azərbaycan Prezidentinə təqdim olunması məqsədilə DİM-lərin icrası ilə əlaqədar 2022-ci il üzrə Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlər haqqında Yekun Hesabat və “2022-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət planı” Şura üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub, DİM göstəriciləri ilə bağlı milli prioritetlərin yenilənməsi və maarifləndirmə tədbirlərinin davam etdirilməsi, dövlət büdcəsinin DİM-lərə inteqrasiyası ilə bağlı bir sıra tapşırıqlar verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #Dayanıqlı #İnkişaf #üzrə #Milli #Əlaqələndirmə #Şurasının #iclası #keçirilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin