İngiltərəli baş məşqçi “Çelsi”nin tarixinə düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Qrem Potter İngiltərənin “Çelsi” komandasının tarixinə düşüb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, o, London klubunun sükanı arxasında UEFA Çempionlar Liqasında pley-off mərhələsini adlayan ilk ingiltərəli baş məşqçi olub.
48 yaşlı mütəxəssis bunu evdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. “Zadəganlar” Dortmunddakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsalar da, iki görüşün nəticəsinə əsasən 1/4 finala yüksəliblər.
Qeyd edək ki, “Çelsi” 2019/2020 mövsümündə Frenk Lempardın rəhbərliyi altında pley-offda Almaniya “Bavariya”sına uduzaraq, mübarizəni dayandırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İngiltərəli #baş #məşqçi #Çelsinin #tarixinə #düşdü