fbpx

Araik Bakıya təslim olmaq istəyib, amma…

BEY.AZ informasiya agentliyi xəbər verir


Xankəndi-Xəlfəli-Turşsu yolunda ermənilərin törətdiyi təxribatdan sonra Xankəndidə ciddi təşviş yaşanır.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri separatçıların Bakıya təslim olmaq istəklərinin olduğunu yazır.

“Məsələ ondadır ki, martın 1-də Xocalıda keçirilən görüş ermənilərə konstruktiv görüş kimi təqdim olundu və qeyd olundu ki, yaxın günlərdə nəticəsi olacaq. Əslində isə həmin görüşdə Bakı inteqrasiya prosesinin alternativinin olmadığını, Laçın yolunda nəzarət məntəqəsinin qurulmasını, alternativ yollardan istifadəyə imkan verməyəcəyini bildirib”, – nəşr yazır.

Nəşr mənbələrinə istinadən yazır ki, həmin görüşdən sonra Araik Arutyunyan və dəstəsi Bakının şərtlərini qəbul etmək, təslim olmaq haqda müzakirələr aparıb: “Lakin Ermənistanda müxalifət qüvvələr (keçmiş “Qarabağ klanı”) ona geri çəkilməməklə bağlı təzyiq edib. Bildiriblər ki, belə bir addım kütləvi etirazla qarşılanacaq. Araik bundan sonra fikrindən daşınıb, məhz buna görə Azərbaycan tərəfi Laçın yoluna alternativ olan torpaq yolun bağlanması qərarını verib. Silahlı insident də buna görə yaşanıb”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Araik #Bakıya #təslim #olmaq #istəyib #amma

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin