Qida və yem məhsullarının laborator müayinəsi üçün xidmət haqqı müəyyənləşdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Nazirlər Kabineti “Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği”ni təsdiq edib.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği “Qida təhlükəsizliyi haqqında” qanunda qeyd edilən məqsədlərlə götürülmüş məhsul nümunələrinin tədqiqi (sınağı) Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Qida Təhlükəsizliyi İnstitutunun akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda tətbiq edilir.
Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qida #və #yem #məhsullarının #laborator #müayinəsi #üçün #xidmət #haqqı #müəyyənləşdi