Hamı bu transferdən danışır – Maaş əvəzinə xaş verəcəklər
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin həvəskar komandalarından “Karabağlar” qeyri-adi transfer anlaşmasına imza atıb.
Metbuat.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, klub 23 yaşlı qapıçı Kenan Gürsen Saata maaş verməyəcək. Əvəzində o, mövsüm ərzində klub prezidentinin restoranında limitsiz xaş yeyəcək.
“Prezidentimizin restoranına xeyli müddətdir, gedirəm. Tez-tez orada xaş yeyirəm. Bu təklif məndən gəldi. Bir mövsüm ərzində oynamağımın qarşılığında limitsiz xaş yeyə biləcəyəm. Məncə, çox yaxşı transferdir. Bu il çempion olsaq, hədəfim beyti kababı qarşılığında müqavilə imzalamaqdır”, – deyə Kenan Gürsen bildirib.
Klub rəhbəri Adem Kuyu da digər futbolçulardan fərqli olaraq, qolkiperin belə bir hüququnun olduğunu təsdiqləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Hamı #transferdən #danışır #Maaş #əvəzinə #xaş #verəcəklər